Şəxsiyyət tipiniz üçün ideal bir karyera varmı? Qısa cavab budur: yox. Daha düzgün yanaşsaq, hər bir insan üçün (yəni sizin üçün) ideal bir karyera mövcuddur və şəxsiyyət tipiniz bu uyğunluğu tapmağınızda əhəmiyyətli rol oynayır. Geniş, statistik baxımdan bəzi peşələr müəyyən şəxsiyyət xüsusiyyətləri ilə yaxşı — və ya kifayət qədər uyğun olmaya bilər. Bu ümumiləşdirmələr olduqca məlumatlandırıcıdır, amma onlar sizinlə konkret bir peşə arasında mükəmməl uyğunluğu qətiyyən təmin edə bilməz.
Bunun bir neçə əsas səbəbi var. Gəlin, istənilən şəxsiyyət tipi — o cümlədən sizin — üçün “ideal karyera” anlayışı ilə ziddiyyət təşkil edən bəzi əsas məqamlara nəzər salaq.
Şəxsiyyətdən Də Artıq
Şəxsiyyət tipləri, hər biri müəyyən davranış oxşarlıqları — şəxsiyyət xüsusiyyətləri — ilə xarakterizə olunan böyük qruplardır. Lakin eyni şəxsiyyət tipinə malik insanlar təcrübə, inanclar, mədəniyyət və şərait baxımından nəzərəçarpan fərqlərə sahib ola bilərlər. Bu fərdi xüsusiyyətlər, iş ilə uyğunluq məsələsində çox önəmlidir.
Ona görə də, bütün bir şəxsiyyət tipinə yalnız bir ideal karyera vermək çox məhdudlaşdırıcı olardı – nə praktik, nə də düzgün yanaşma deyil. Ancaq bir işin müəyyən tərəflərini hər hansı bir şəxsiyyət tipi ilə müqayisə etdikdə, ehtimal olunan uyğunluqları (və ya uyğun olmamaları) müəyyən etmək olar ki, bu da sizə yaxşı karyera seçimi etməyə kömək edə bilər.
Azlıq Faktoru
Əgər bizim tədqiqatımız göstərirsə ki, X tipi insanların 90%-i şokolad yeməyi sevir, ümumi olaraq deyə bilərik ki, X tipi şokoladı sevir. Amma bu, şokoladı sevməyən 10%-lik azlıq üçün keçərli deyil. Belə çıxır ki, “Sən bir X tipisən, şokolad sənin ideal desertindir” demək səhv olar, amma “Əgər sən X tipisənsə, desert olaraq şokoladı sınamağa dəyər – ehtimal böyükdür ki, xoşuna gələcək!” demək yaxşı məsləhətdir.
Əynilə, bir karyeranın statistik olaraq müəyyən şəxsiyyət tipinə aid insanların əksəriyyəti üçün yaxşı uyğun gəlməsi mümkündür, amma bu, hamısı üçün ideal olacaq demək deyil (və bu ədalətli də olmazdı).
İradə, Motivasiya və Qazanılmış Davranışlar
Çox vaxt insanlar pulsuz olaraq seçməyəcəkləri işlərdə çalışırlar. Eləcə də, bəziləri şəxsiyyətlərinə tam uyğun olmasa belə, peşəkar mükafat əldə etmək üçün müəyyən işlərdə uğur qazanmağa can atırlar. Motivasiya və təcrübə, insanlar üçün ilk baxışda təbii və ya rahat olmayan şeyləri öyrənib mənimsəməyə imkan verir.
Cəsarətli bir Ekstravert sakitcə insanlara anlayışlı geribildirim verməyi öyrənib möhtəşəm bir psixoloq ola bilər. Utancaq bir İntrovert isə mehriban və ünsiyyətcil olmağı öyrənib çox uğurlu bir satış meneceri ola bilər. Yalnız özlərini inkişaf etdirmələri lazım olduğu üçün Ekstraverti insanlara yardım etməkdən və ya İntroverti böyük komissiyalardan məhrum etmək məntiqə uyğun deyil.
Əgər nəsə vacibdirsə, bizim məqsədimiz insanlara öz sərhədlərini aşaraq daha xoşbəxt və uğurlu olmalarına kömək etməkdir. Bəzən isə bu, karyera uyğunluğu baxımından asan yol seçmək anlamına gəlmir. Uğurunuzda ən önəmli rol bəlkə də iradəniz və istəyiniz ola bilər.
Sizin İdeal Karyeranız
Biz şəxsiyyətə əsaslanan karyera uyğunluğunu araşdırmaqla məqsəd qoymuruq ki, yalnız bir ideal karyera təklif edək. Əksinə, məqsədimiz düzgün və məlumatlı qərar verməyinizə təşviq etmək, seçdiyiniz istənilən yolda qarşınıza çıxa biləcək ehtimal olunan problemləri və imkanları vurğulayaraq sizə dəstək olmaqdır.
Bəli, biz hesab edirik ki, şəxsiyyət tipi statistikası peşəkar həyatınızda istinad üçün olduqca faydalıdır, amma bu, bir yol xəritəsidir, qaydalar kitabı yox. Sizin üçün ideal bir karyera mövcuddur, amma onu tapmaq məsuliyyəti sizə aiddir – hara getmək istədiyinizə özünüz qərar verirsiniz və biz də həmin yolda sizə dəstək oluruq.
Buradan Haraya?
- Sizə sizin ideal karyeranızın nə olduğunu deyə bilmərik, amma bir çoxları təcrübələrini “Düşüncələr və hekayələr” bölməmizdə bölüşüblər. Baxış keçirin! (Giriş etməlisiniz.)
- Yeni başlayanlar üçün məqalələrimizi də oxuya bilərsiniz.
- Teoriyamızın təfərrüatlarını və şəxsiyyət sınaqlarımızın necə işlədiyini öyrənin – buradan.
- Şəxsiyyət tipiniz haqqında daha çox məlumat əldə edin: güclü və zəif tərəflər, iş yerində davranış, və əlbəttə ki – karyera yolları.
- Peşəkar inkişafla bağlı məqalələri araşdırın, məsələn – karyera uyğunluğunu necə araşdırmaq olar.