Konsul

ESFJ Şəxsiyyət

Konsullar olduqca qayğıkeş, sosial və populyar insanlardır, həmişə kömək etməyə can atırlar.

A scene depicting the ESFJ personality type (Consul). Two excited children are seated at a table, while their smiling ESFJ parents carry over wrapped presents and a birthday cake with lit candles. A loyal dog companion stands nearby, eager to join in the festivities. The scene conveys the joy and togetherness the ESFJ personality type finds in bringing loved ones together to honor important milestones and strengthen family bonds.
E Ekstravert S Müşahidəçi F Həssas J Mühakiməçi

Konsul

Bir-birinizi cəsarətləndirin, yüksəldin və gücləndirin. Bir insana yayılan pozitiv enerji hamımız tərəfindən hiss olunacaq.

Debora Day

Konsullar (ESFJ) üçün həyat başqa insanlarla paylaşıldığı zaman daha şirin olur. Bu şəxsiyyət tipinə malik insanlar evlərini və ürəklərini dostlarına, sevdiklərinə və qonşularına açaraq bir çox cəmiyyətin təməlini təşkil edirlər.

Bu o demək deyil ki, Konsullar hamını sevir və ya müqəddəsdirlər. Ancaq Konsullar qonaqpərvərliyin və yaxşı davranışın gücünə inanırlar və ətrafdakılara qarşı bir vəzifə daşıdıqlarını hiss edirlər. Səxavətli və etibarlı olan bu şəxsiyyət tipinə malik insanlar əksərən ailələrini və cəmiyyətlərini həm böyük, həm də kiçik yollarla bir arada tutmaq üçün üzərlərinə məsuliyyət götürürlər.

Konsulların öz həyatlarındakı insanlara dəstək, qayğı və etibarlılıq hiss etdirmə qabiliyyəti var.
Konsul (ESFJ) Şəxsiyyət

Məsuliyyətli həyatın gözəlliyi

Konsullar altruistlərdir. Onlar geri qaytarmaq, başqalarına xidmət etmək və düzgün iş görmək üçün öhdəliklərinə ciddi yanaşırlar.

Və Konsullar hər bir situasiyada etmək üçün açıq-aşkar bir şey olduğunu düşünürlər. Bəzi şəxsiyyət tipləri daha dözümlü, yaşa və yaşat tərzində bir münasibəti mənimsəsələr də, Konsullar kimsə onları yanlış yönləndirdiyi zaman mühakimə etməkdə çətinlik çəkirlər.

Konsulların əxlaqi prinsipləri var və digər insanların hərəkətləri bu prinsiplərə uyğun gəlmədikdə, bu onlar üçün anlaşılmaz ola bilər.

Doğru və yanlış haqqında kəskin baxış bucaqları ilə Konsullar sabit fikirli olmağa meyillidirlər. Ancaq bu fikirlər təkbaşına deyil - çox vaxt ənənəyə dərin hörmətə əsaslanır. Konsullar bilirlər ki, etdikləri hər şey başqasına təsir edir və onlar hesab edir ki, müəyyən olunmuş qanunlar, protokollar və sosial normalar onlara gündəlik həyatlarını başqalarına qarşı diqqətli və məsuliyyətli şəkildə idarə etməyə kömək edəcək.

Uzunmüddətli münasibətlərin qurulması

Dəstəkləyici və ünsiyyətcil Konsulları hər zaman ziyafətdə görmək olar – hər kəsin yaxşı vaxt keçirdiyindən əmin olmaq üçün təlaş içində olurlar! Ancaq səhv salmayın: Konsullar insanların həyatına girib tez çıxmırlar. Köklərinə sadiq olan Konsullar qalıcı münasibətlər qurur və kömək əli və ya dinləyiciyə ehtiyac duyulduqda onların orda peyda olacağına inanmaq olar.

Konsullar nadir hallarda ad günü və ya bayramı ötürürlər. Münasibətlərinə sadiq olan Konsullar dostlarının və sevdiklərinin həyatının ən kiçik təfərrüatlarını belə yaddaşlara həkk edirlər.

Konsullar nizam-intizama və quruluşa olan sevgiləri səbəbindən planlaşdırılmış işləri təxirə salına bilən fəaliyyətlərə və ya və ya kortəbii görüşlərə tərcih edirlər – hər şeyin yolunda getməsini təmin etmək üçün insanları əyləndirməkdən məmnundurlar. Bu şəxsiyyət tipinə malik insanlar başqalarının özlərini xüsusi və şən hiss etmələri üçün olduqca enerji sərf edirlər və kimsə onların səylərini qiymətləndirməyəndə bunu şəxsi olaraq qəbul edə bilər.

Konsul şəxsiyyət tipinə malik bir çox insanlar üçün həyatın ən böyük problemlərindən biri başqasının, hətta onlara ən yaxın və əziz olanların da düşüncələrini və ya davranışlarını idarə edə bilməyəcəyini qəbul etməkdir. Xoşbəxtlikdən, Konsullar ən yaxşı bacardıqları işə, yəni qayğı, diqqət və məsuliyyət nümunəsi göstərmək və bu prosesdə insanları bir araya gətirməyə fokuslanaraq dinclik və məmnunluq tapa bilərlər.