Aktivist
Dolanışıq üçün nə işlə məşğul olduğun məni maraqlandırmır. Həsrətini çəkdiyin, arzuladığın şeylərin xəyalını qurmağa cəsarət edib-etmədiyini bilmək istəyirəm.
Aktivistlər (ENFP) əsl azad ruha sahib insanlardır – ünsiyyətcil, açıq ürəkli və açıq fikirlidirlər. Həyata canlı, nikbin yanaşmaları ilə onlar istənilən kütlənin içində fərqlənirlər. Bununla belə, Aktivistlər çox əyləncəli insanlar olsalar da, onlar sadəcə yaxşı vaxt keçirməklə maraqlanmırlar. Bu şəxsiyyət tipləri digər insanlarla mənalı, emosional əlaqələr qurmaq istəyi kimi dərinlərə kök salmışdır.
Gündəlik həyatın füsunkarlığı
Səmimi və ünsiyyətcil Aktivistlər özlərini münasibətlərini və sosial həyatlarını zənginləşdirməyə həsr edirlər. Lakin ünsiyyətcil, rahat xarici görünüşlərinin ardında eyni zamanda zəngin, canlı daxili həyatları da var. Yaxşı təxəyyül gücü, yaradıcılıq və maraq dozası olmasaydı, Aktivisti Aktivist edən şey də olmazdı.
Aktivistlər özünəməxsus bir şəkildə olduqca introspektiv ola bilərlər. Diqqətlərini başqa bir şeyə yönəltmək lazım gəldikdə belə, həyatın daha dərin mənası və əhəmiyyəti haqqında düşünməyə davam edirlər. Bu şəxsiyyətlər hər şeyin və hər kəsin bir-biri ilə əlaqəli olduğuna inanır və onlar bu əlaqələri əldə edə biləcəkləri dərk etmə nişanı üçün yaşayırlar.
Bir şey onların təxəyyülünü canlandırdıqda, Aktivistlər başqa insanlar arasında da yayılan ruh yüksəkliyi nümunəsi sərgiləyə bilərlər. Bu şəxsiyyətlər digər insanları cəlb edən müsbət enerji yayırlar və Aktivistlər lider və ya rəhbər kimi həmyaşıdları tərəfindən dəstəkləndiklərini görə bilərlər. Lakin başlanğıcdakı ilham mənbəyi keçdikdən sonra Aktivistlər öz nizam-intizam və uyğunluq mövzusunda çətinliklə qarşılaşa və bir zamanlar onlar üçün böyük məna kəsb edən layihələrdə getdikdə zəif nəticələr əldə edə bilərlər.
Sevinc axtarışı
Aktivistlər həyatın sevinc və zövqlərini axtarmağın ağılsız olmaqla əlaqəsinin olmadığının sübutdur. Bu şəxsiyyət tipinə malik insanlar bir göz qırpımında görünən coşqun idealistlərdən rəqs meydançasındakı qayğısız fiqurlara çevrilə bilirlər.
Aktivistlər hətta ən əyləncəli anlarda belə, digər insanlarla emosional əlaqə qurmaq istəyir. Bu şəxsiyyət tipləri üçün dəyər verdikləri insanlarla səmimi, mehriban söhbət etmək çox vacibdir. Aktivistlər hər kəsin öz hisslərini ifadə etməyə haqqı olduğunu düşünür və onların empatiyası və istiqanlılığı ən çəkingən insanların belə rahatlıqla səmimi olacağı mühit yaradır.
Bununla belə, bu şəxsiyyət tipinə malik insanlar diqqətli olmalıdırlar. Aktivistlərin intuisiyası onları digər insanların hərəkətləri və davranışlarını çox oxumağa vadar edə bilər. Aktivistlər sadəcə izahat istəmək əvəzinə, başqalarının arzusu və ya niyyətləri haqqından həddən çox düşünə bilərlər. Bu cür sosial stress harmoniyaya fokuslanan Aktivistləri gecələr yatmağa qoymayan şeydir.
Aktivistlər həyatları üçün doğru hiss etdikləri yolu tapmazdan əvvəl müxtəlif münasibətləri, hissləri və ideyaları araşdırmaq üçün çox vaxt sərf edəcəklər. Ancaq nəhayət öz yollarını tapdıqda, onların təxəyyülü, empatiyası və cəsarəti təkcə öz həyatlarını deyil, həm də ətrafındakıların dünyasına işıq saçacaq.